Neftin qiyməti qalxdı - 58,08 dollar

Neftin qiyməti qalxdı - 58,08 dollar
  03 Fevral 2015    Oxunub:2670
London birjasında “Brent” markalı neftin bir barelə görə qiyməti 58 dolları keçib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Bakı vaxtilə saat 15:10-da “Brent” markalı neftin qiyməti 1 barelə görə, 4,19% artaraq 58,08 dollara çatıb.

Bu arada “WTI” markalı neftin dəyəri də 3,68% dollar artaraq bir barelə görə 52,31 dollara çatıb.

Dünya iqtisadiyyatı ilə bağlı proqnozların pisləşməsi də neftin qiymətinə təsir göstərir. Dünya Bankı bu il üçün qlobal iqtisadiyyatın inkişaf tempini 3,4%-dən 3%-ə salıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti