Bakı şəhəri, Sabunçu rayonunda 1939-cu il təvəllüdlü Talıbova Svetlana Əbdül qızı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı S.Talıbovanın vəfat etdiyi müəyyən olunub. Əməliyyat saat 14:56-da başa çatıb.