`Kəlbəcər girovlarından narahatam` - Bayram Səfərov

`Kəlbəcər girovlarından narahatam` - Bayram Səfərov
  03 Fevral 2015    Oxunub:1958
“Azərbaycanlı girovların azad olunması ilə bağlı xarici təşkilatların hər birinə bəyanat göndərmişik”.
Bunu AzVision.az-a açıqlamasında Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov deyib. Onun sözlərinə görə, girov məsələsi daim icmanın diqqətindədir:

“Bu məsələ Azərbaycanın BMT-dəki nümayəndəliyi tərəfindən də qaldırılıb. Hər birimiz bu işlə məşğuluq. Bizim icma da bu məsələ ilə ciddi məşğul olur. Biz girovların durumundan narahatıq”.

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin Ermənistan icması isə görüşü məsələsinə gəlincə, icma sədri belə bir görüşün gözlənilmədiyini deyib:

“Ermənistan gördüyünüz kimi dağılır. Belə vəziyyətdə görüş gözlənilmir”.

Qeyd edək ki, Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş “məhkəmə”yə əsasən onlar həbs olunub. D. Əsgərova ömürlük , Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti