Lamiyə Quliyevaya bəraət verilib

Lamiyə Quliyevaya bəraət verilib
  03 Fevral 2015    Oxunub:29779
Lamiyə Quliyevanın işi medianın diqqət mövzusunda saxladığı əsas mövzulardan biridir.

AzVision.az-ın
əldə etdiyi məlumata görə, Azərbaycan Respublikası Ali Məhkəməsinin “01” oktyabr 2014-cü il tarixli Qərarı ilə Quliyeva Lamiyə Sahib qızına bəraət verilib.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Quliyeva Lamiyə Sahib qızı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 20 dekabr 2013-cü il tarixli hökmündən verilmiş kassasiya şikayətinə baxaraq, təmin edib.

Quliyeva Lamiyə Sahib qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirli bilərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 20 dekabr 2013-cü il tarixli hökmü ləğv edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti