Təqaüd almaq istəyənlərin nəzərinə!

Təqaüd almaq istəyənlərin nəzərinə!
  03 Fevral 2015    Oxunub:2222
SOCAR 2014-2015-ci tədris ili üzrə Daxili Təqaüd Proqramına start verib.
AzVision.az SOCAR-a istinadla verdiyi məlumata görə, 2014-2015-ci tədris ili üzrə Bakı Ali Neft Məktəbi istisna olmaqla, ölkənin ali təhsil müəssisələrinin bakalavr (yalnız əyani şöbə) və magistratura (əyani və ya qiyabi şöbələr) pillələrinin müvafiq ixtisaslarında təhsil alan tələbələrinə təqaüd verilməsi üzrə növbəti müsabiqə elan edilib.

Proqrama müraciət etmək istəyən tələbələr fevralın 23-dək (www.socar.az/tehsil) veb-səhifəsindən müsabiqənin şərtlər və suallar bölməsi ilə tanış olduqdan sonra ərizə-anket formasını dolduraraq qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, SOCAR istedadlı gənc neftçi mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2005-ci ildən başlayaraq Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Daxili Təqaüd Proqramını həyata keçirir.


Teqlər:





Xəbər lenti