36-nın üstü açıldı - həbs edilənlər var

36-nın üstü açıldı - həbs edilənlər var
  03 Fevral 2015    Oxunub:2285
Fevralın 2-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 87 cinayət faktından 36-nın üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 17 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınan 3 yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər ölüb, beş nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib.

Cinayət törətdiyinə görə 46 nəfər tutulub.

AzVision.az


Teqlər:



Xəbər lenti