Ukraynada güclü zəlzələ
"Bu gün səhər yerli vaxtla saat 8 radələrində Qodyaç (Poltava ərazisi) və yaxınlıqdakı kəndləri zəlzələ baş verib", - deyə bildirilir.
EMSC-in (European-Mediterranean Seismological Centre) məlumatına görə 07:56-da 4,6 bal gücündə zəlzələ olub. Onun episentri Qodyaç şəhərindən 35 kilometr şimal-şərqə Sumsk ərazisinin Vasilyevka kəndi yanında olub.
Poltava qravimetrik rəsədxanasının əməkdaşları hadisənin təfərrüatlarını dəqiqləşdirirlər.(anspress)