FHN azyaşlı uşağı xilas etdi

FHN azyaşlı uşağı xilas etdi
  04 Fevral 2015    Oxunub:2188
Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuuş məlumata əsasən Sabirabad şəhərində azyaşlı uşaq mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər mənzilə daxil olmuş və azyaşlı uşağı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 17:50-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti