`Polad Bülbüloğlu Azərbaycanın ulduzudur` - Əbülfəs Qarayev

`Polad Bülbüloğlu Azərbaycanın ulduzudur` - Əbülfəs Qarayev
  04 Fevral 2015    Oxunub:2718
Xalq artisti Polad Bülbüloğlunun “Eşq və Ölüm” baleti artıq bir neçə dəfə səhnələşdirilib. Bu gün yeni quruluşda təqdim olunan bu səhnə əsəri Azərbaycan müasir baletinin gözəl nümunələrindəndir.
Bu sözləri AzərTAc-a müsahibəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir vurğulayıb ki, Polad Bülbüloğlunun yaradıcılığı bu gün nəinki Azərbaycanda və Rusiyada, eyni zamandan bütün MDB məkanında çox böyük maraq doğurur. Eyni zamanda onun yaradıcılığı sərhədləri aşaraq türkdilli dövlətlərdə də rəğbətlə qarşılanır.

Ə.Qarayev vurğulayıb ki, Polad Bülbüloğlu böyük musiqiçi ailəsinin yetirməsi olmaqla yanaşı, özünün yaradıcılıq qabiliyyəti, səhnə ustalığı sayəsində Azərbaycan müasir mədəniyyətinin parlaq ulduzlarından birinə çevirib. 70 yaş onun müdrikliyinin başlanğıcıdır. İnanıram ki, biz hələ qarşıdakı onilliklərdə onun yeni ifalarını dinləyəcəyik.

Mədəniyyət və Turizm naziri xüsusi olaraq deyib ki, Polad Bülbüloğlu Azərbaycan mədəniyyətinin görkəmli və yaradıcı simalarından biridir.


Teqlər:





Xəbər lenti