Zakir Həsənov göstərişlər verdi - FOTOLAR

Zakir Həsənov göstərişlər verdi - FOTOLAR
  04 Fevral 2015    Oxunub:1991
Müdafiə naziri general-polkovnik Zakir Həsənov irimiqyaslı təlimlərin səhra şəraitində yaradılmış əsas komanda məntəqəsində olub.

AzVision.az xəbər verir ki, müdafiə nazirinin rəhbərliyi ilə təlim bölgəsində müşavirə keçirilib.

Müşavirədə təlimlərə cəlb edilən birləşmə və hərbi hissələrin komandir və rəis heyətinin təlimlərdə fəaliyyətləri, planları və qəbul etdikləri qərarlarla bağlı məruzələri dinlənilib.

Müşavirədə çıxış edən Müdafiə naziri təlimlərin əhəmiyyətindən və qarşıda duran vəzifələrdən danışaraq müvafiq tapşırıq və göstərişlər verib.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti