2 nazirliyə məxsus bina yandı

2 nazirliyə məxsus bina yandı
  04 Fevral 2015    Oxunub:1544
Balakən şəhərində yanğın hadisəsi olub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Balakən şəhərində Təhsil Nazirliyinin balansında olan ümumi sahəsi 600 kv.m birmərtəbəli Uşaq Texniki Yaradıcılıq Mərkəzinin “Qızıl Aypara Cəmiyyəti” tərəfindən icarəyə götürülmüş 1 otağının yanar konstruksiyaları və içərisində olan avadanlıqlar 16 kv.m sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bundan əlavə Bakı şəhəri, Qaradağ rayonunda Müdafiyə Nazirliyinin balansında olan hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 450 kv.m olan birmərtəbəli tikilinin dam örtüyünün yanar konstruksiyaları 150 kv.m sahədə yanıb. Tikilininin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:



Xəbər lenti