Bakıda toy karvanında ölüm
Hadisəni törədən sürücü həmin vaxt idarə etdiyi “Opel”lə toy karvanında hərəkət edirmiş. Sürücü kobud qayda pozuntusu törədərək qarşı yola çıxıb və toy karvanının qarşısına keçməyə çalışıb. Qarşıdan maşın gəldiyini gördükdə sürəti artıraraq istəyinə nail olub. Toy karvanı dayanaraq ona yol verib. Amma sürət yüksək olduğu üçün sürücü avtomobili saxlaya bilməyib və yolun kənarında dayanmış 14 yaşlı oğlanı vurub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Qəza törədən sürücünün həbs olunduğu bildirilir.
AzVision.az
Teqlər: