Yandırılan pilotun qisası alındı - DƏHŞƏT

Yandırılan pilotun qisası alındı - DƏHŞƏT
  04 Fevral 2015    Oxunub:5584
İordaniya hökuməti İraq və Şam İslam Dövləti (İŞİD) ilə bağlı 6 terrorçudan ikisinin edam edib.
AzVision.az-ın “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumat İŞİD yaraqlılarının İordaniya Hərbi Hava Qüvvələrinin əsgəri Muaza əl-Kasasbehin edam etməsindən sonra yayılıb.

Məlumatda daha sonra digər 4 terrorçunun da edam ediləcəyini bildirib.

Qeyd edək ki, ötən gün terrorçu yaraqlıların girov götürdüyü iordaniyalı pilot Muaz əl-Qəsasibə dəmir barmaqlıqlar arasına salınaraq diri-diri yandırılıb.

Girovun ölüm anı İŞİD-çilər tərəfindən görüntülənəri sosial şəbəkələrdə yerləşdirilib.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti