Qadın alverində `ilişən` məşhurlarımız - ADLAR

Qadın alverində `ilişən` məşhurlarımız - ADLAR
  04 Fevral 2015    Oxunub:29088
Son vaxtlar insan alverinə qarşı mübarizə geniş vüsət alıb. Azərbaycan da bu baxımdan istisna deyil. Dünyanın bir neçə ölkəsində fahişəxanalar leqal fəaliyyət göstərsə də ölkəmizdə bu biznes gizli şəkildə həyata keçirilir.

Bir müddət Azərbaycanda insan alverinin və fahişəxanaların leqal fəaliyyət göstərməsi mövzusu gündəmə gətirilmişdi. Lakin bu məsələyə birmənalı münasibət olmadığı üçün təklif qərara çevrilmədi.

Mütəxəssislər hesab edir ki, pritonların leqallaşdırılması nəticəyə təsir göstərməyəcək, əksinə, bu biznesin arxasında dayanıb, ona himayədarlıq edən məmurlar üçün əlavə qazanc gətirəcək.

Azərbaycanda fahişəliyin coğrafi uzunluğu təkcə ölkə ərazisinin hüdudlarında yekunlaşmır, Biləcəridən o tərəflərə də qadın ixrac edilir. Azərbaycanlı qadınlar daha çox ərəb ölkələri, Rusiya və qonşu Türkiyədə fahişəliyə cəlb olunaraq istismar edilirlər. Qadın alveri ən gəlirli sahələrdən hesab olunur.

Son statistikaya əsasən isə insan alveri qurbanlarının sayı ötən illərlə müqayisə xeyli artıb.

Rəsmi məlumata əsasən, ötən il ictimai mənəviyyat əleyhinə olan hüquqazidd əməllərlə bağlı 183, o cümlədən 79 fahişəliyə cəlb etmə və 86 əxlaqsız yuvaları saxlama cinayəti aşkarlanaraq 115 nəfər məsuliyyətə cəlb olunub. 2014-cü ildə həyаtа kеçirilmiş əməliyyаt-ахtаrış tədbirləri nəticəsində insan alveri ilə bağlı 23 cinayət işi üzrə 105 fakt müəyyən edilib, həmin faktların 97-si insan alveri, 5-i məcburi əmək, əlavə olaraq 3 fakt insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə bağlı olub. İnsan alveri və məcburi əmək cinayətləri törətdiklərinə görə 26 şəxs (18 qadın, 8 kişi) cinayət məsuliyyətinə cəlb edilib və insan alveri qurbanı olaraq 54 nəfər (51 qadın, 3 kişi, onlardan 3-ü əcnəbi şəxs) müəyyən edilib. Son zamanlar isə yeni tendensiya yaranıb.

Məşhurların, xüsusən də şou-biznes nümayəndələrinin adları qadın alverində tez-tez hallanır.

Bu yaxınlarda qalmaqallarla populyarlıq qazanan müğənni Maral Tahirqızı qadın alverində təqsirləndirilərək istintaqa cəlb olundu. Təbii ki, müğənni deyilənləri inkar etsə də necə deyərlər od olmayan yerdən tüstü çıxmaz.

Bundan öncə isə bir neçə televiziya layihələrinin və bəzi tanınmış müğənnilərin prodüseri olan Vəfa Vaqifqızını qadın alverində ittiham edilərək həbs edilib.

Belə ki, ANS telekanalında Elgiz Əkbərin təqdimatında yayımlanan “Adam içində” verilişinin qonağı olan müğənni Vasif Məhərrəmli çox maraqlı məqama toxundu. O, adını açıqlamadığı, hadisənin də üzərindən ötəri keçərək, şou-biznes nümayədəsinin həbs olunmasını qeyd edib. Müğənninin bu çıxışından sonra araşdırmalarından sonra həmin şəxsin şou-biznes nümayəndələrinin kifayət qədər tanıdığı prodüser Vəfa Vaqifqızı (Məmmədova) olduğunu üzə çıxarıb.

Dekabr ayında həbs olunan V.Vaqifqızı insan alverində təqsirkar bilinir.

Zaman-zaman müğənni Rəqsanə İsmayılovanın və onun yaxınlarının da adı cinayət işində hallanıb. Belə ki, müğənnin bacısı Ellada İsmayılova 2007-ci ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə təqsirləndirilən şəxslər qismində məsuliyyətə cəlb olunub. E.İsmayılova Cinayət Məcəlləsinin 144-1.1-ci (insan alveri, yəni şəxsin alqı-satqısı və ya onun istismar edilməsi məqsədilə dövlət sərhədindən keçirilməsi üçün və ya eyni məqsədlə digər şəxslərə verilməsi üçün cəlb edilməsi, əldə edilməsi, gizlədilməsi, verilməsi), maddəsi ilə ittiham olunub. Hazırda azadlıqda olan Rəqsanənin bacısı xaricidə yaşayır.

Lakin onun övladları da anasından geri qalmayıblar. Belə ki, E.İsmayılovanın oğlanları Turan və Tural Səfərovlar ötən ay Bakının Nərimanov rayonu ərazisində baş verən silahlı insidentə görə həbs olunublar.

Ötən ilin ən səs-küylü xəbərlərindən biri də müğənnniyə məxusus kafedə əxlaqsızlıq yuvasının aşkarlanması oldu. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xaçmaz rayon sakini Heybət Nemətovun Binəqədi rayonu ərazisindəki “New Life” çay evində gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvası təşkil etdiyi məlum olub. Məkanın məşhur müğənni Elçin Hüseynova məxsus olduğu da sonradan bəlli oldu. Çay evinin ona məxsus olmasını danmayan müğənni orada heç bir priotonun olmadığına insanları inandırmağa çalışıb.

Azərbaycanın Xalq artisti Aygün Kazımovanın da adı insan alverində tez-tez hallanır. Yerli KİV-lərdə onun Türkiyədəki evində fahişəxana açdığı haqda xəbərlər yayılmışdı.

Hazırda İnterpol (Beynəlxalq Polis Təşkilatı) siyahısında beynəlxalq axtarışa verilmiş bir neçə azərbaycanlı qadın var. Onların adları müxtəlif cinayət işlərində hallanır.

Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən İnterpol vasitəsilə axtarışa verilmiş qadınlar arasında ən yaşlısının 67 yaşı var. Bu qadınlar müxtəlif səbəblər üzündən məhkəmə tərəfindən təqib edilir.

Hazırda Beynəlxalq Polis Təşkilatının – İnterpolun axtarışına verilən şəxslər bölməsinə 14 nəfər azərbaycanlı qadının da adı daxildir.

Gültəkin ƏLƏSGƏR


Teqlər:  





Xəbər lenti