Ədliyyə Nazirliyi və Baş Prokurorluq məhbus Lamiyə Quliyeva ilə bağlı araşdırmalara başlayıb – AÇIQLAMA

Ədliyyə Nazirliyi və Baş Prokurorluq məhbus Lamiyə Quliyeva ilə bağlı araşdırmalara başlayıb – AÇIQLAMA
  04 Fevral 2015    Oxunub:5579
Son günlərdə 1987-ci il təvəllüdlü Lamiyə Quliyevanın Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində uşaq dünyaya gətirməsi medianın gündəmində olan mövzulardan biridir.

AzVision.az bu işdə hansı yeniliklərin olduğunu öyrənmək üçün Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanova müraciət edib.

Eldar Sultanovun saytımıza bildirdiyinə görə, Lamiyə Quliyevanın ötən ilin oktyabr ayında uşaq doğması və digər xüsusatlarla bağlı Ədliyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən birgə müvafiq araşdırmalar aparılır. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti