“İşsizlik rekord dərəcədə artıb” – Erməni nazirdən etiraf

“İşsizlik rekord dərəcədə artıb” – Erməni nazirdən etiraf
  04 Fevral 2015    Oxunub:1355
Ermənistanda 2013-cü illə müqayisədə 2014-cü ildə işsizlərin sayı 18% artıb.
AzVision.az-ın Ermənistanın “Çorrord İşxanutyun” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Əmək və Sosial Məsələlər üzrə Nazirliyinin Dövlət Məşğulluq İdarəsinin rəhbəri Artak Manqasaryan bildirib.

“Bu göstərici ölkə iqtisadiyyatının necə qorxulu formada olduğunu göstərir. Reallıqda iş axtaranların sayı dəfələrlə çoxdur, lakin onun böyük əksəriyyəti məşğulluq idarəsində qeydiyyatdan keçmir. Ümumilikdə qeydiyyatdan keçən işsizlərin 71,8%-i qadındır. Yaş qruplarına gəldikdə isə iş axtaranların 23,7 faizi 16-29 yaş, 21,4 faizi 30-44, 16 faizi 45 yaşdan yuxarıdır”, - deyə Manqasaryan bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti