NATO Gürcüstanda təlim mərkəzləri açır

NATO Gürcüstanda təlim mərkəzləri açır
  04 Fevral 2015    Oxunub:1480
NATO Gürcüstanda hərbi təlim mərkəzləri açmaq niyyətindədir. Fevralın 5-də NATO ölkələrinin və Gürcüstanın müdafiə nazirləri Brüsseldə birgə Komitənin iclasında bu planın detallarını müzakirə edəcəklər.

Daha sonra Alyansın məsləhətçiləri Gürcüstana gələcək və mərkəzin yerini müəyyən edəcəklər.

- Bu, NATO bazası yox, məhz təlim mərkəzi olacaq. Əsas məqsəd Gürcüstan və NATO ölkələri hərbçilərinin birgə təlimlərini təşkil etməkdir,- deyə Gürcüstanın müdafiə naziri Mindiya Canelidze bildirib.

Alyans isə bəyan edib ki, Gürcüstanın xüsusi coğrafi mövqeyi nəzərə alınsa, bu mərkəzlər çox önəmli olacaqlar.

Qeyd edək ki, bu il Gürcüstanda NATO təlimlərinin keçiriləcəyi gözlənilir.

Tariyel
AzVision.az



Teqlər:





Xəbər lenti