“Kitayski etiraz”

“Kitayski etiraz”
  15 May 2013    Oxunub:2179
Çin vətəndaşı 420 min dollarlıq Maserati avtomobilini sındırıb.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, vətəndaşın avtomobilini sındırmasına texniki xidmətin aşağı keyfiyyətli olması səbəb olub.



Tsindao şəhərində avtosalonun açılışı günündə dörd gənc oğlan çəkiclə Maserati Quattroporte avtomobilini sındırıblar. Maserati avtomobilinin sahibi bu yolla ölkəsində həmin markalı avtomobil üçün texniki xidmətin keyfiyyətinin aşağı səviyyədə olmasına etiraz edib.



Van avtomobili 2011-ci ildə alıb və həmin vaxtdan etibarən hər dəfə texniki xidmətə müraciət etdikdə məyus olub. Təmir nəticəsində onun avtomobilinin bəzi detalları köhnələri ilə əvəz olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti