Mikayıl Cabbarov əmr verdi
Əmrdə qeyd olunub ki, Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ilk peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında Respublika ifa müsabiqəsi keçirilsin, müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin tərkibi təsdiq olunsun.
Naxçıvan MR təhsil naziri, ilk peşə və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri müsabiqənin yüksək səviyyədə təşkili üçün müvafiq tədbirlər görsünlər, əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) müsabiqənin yekun tədbirinin keçirilməsi, qaliblərin mükafatlandırılması ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üzrə lazımi tədbirlərin həyata keçirlilməsini təmin etsin.
Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi (V.Məmmədov) müsabiqə ilə bağlı satın alınması tələb olunan mal, iş və xidmətlər barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim etsin, İqtisadiyyat şöbəsi (R.Orucov) müvafiq mal, iş və xidmətlərin satın alınması ilə əlaqədar Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında həmin idarəyə vəsaitin ayrılmasını təmin etsin.
Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova həvalə olunub.
Sevinc İltifatqızı







Vaxtında, Aydın, Lazımlı!


