Vergilər Nazirliyində ixtisarlar olacaq? - AÇIQLAMA
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, həmin departamentlərin ştat vahidlərinin hesabına Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti yaradılıb. Departamentin əsasnaməsi, tərkib quruluşu, ştat vahidlərinin sayı və bölgüsü təsdiq edilib. Odur ki, vergi orqanlarında ştatların ixtisarı gözlənilmir.
Nazirlikdən onu da bildiriblər ki, ləğv edilən Departamentlərin işçi heyəti tam şəkildə yeni yaradılan Departamentdə işlə təmin olunub, bu zaman ixtisarlara yol verilməyib, əkisnə Departament mövcud strukturların ştatları hesabına əlavə işçi heyəti ilə komplektləşdirilib.
Əvvəllər Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin rəisi işləyən, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Habil Məmmədov Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi vəzifəsinə keçirilib.
Onu da qeyd edək ki, 46 ölkənin daxil olduğu Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) məlumatına əsasən, vergi inzibatçılığı yüksək səviyyədə elektronlaşdırılan Azərbaycan Respublikası Vergilər Nazirliyi topladığı vergilərin məbləğinə görə ən az sayda işçisi olan vergi orqanlarından biri olduğundan, yaxın gələcəkdə ölkənin vergi orqanlarında ştatların ixtisarı gözlənilmir.
Gültəkin ƏLƏSGƏR
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


