Bakıda 42 min manatlıq saxta qızıl

Bakıda 42 min manatlıq saxta qızıl
  04 Fevral 2015    Oxunub:1801
Bakıda dələduzluq etməkdə şübhəli bilinən iki qadın saxlanılıb.
Bakı şəhər BPİ-dən AzVision.az-a verilən məlumata görə, hadisə 2014-cü il avqust ayında baş verib.

Bakı şəhər sakini Gülşən İmranovayanın etibarından sui-istifadə edərək ona 42.000 manat dəyərində saxta zərgərlik məmulatları satıblar.

Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməli törətməkdə şübhəli bilinən - Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuşlar, 1959-cu il təvəllüdlü Asyaxanım Hüseynova və 1961-ci il təvəllüdlü Sevinc Orucova tutulub.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:



Xəbər lenti