Bakıda kişi arvadını bıçaqladı

Bakıda kişi arvadını bıçaqladı
  04 Fevral 2015    Oxunub:1437
Bakıda kişi keçmiş arvadını bıçaqlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, hadisə ötən gün paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.

Əvvəllər məhkum olunmuş Qurban Kazımov adıçəkilən rayonda yaşayan Nübar Muradovanın evinə gəlib. Burada onların arasında münaqişə yaranıb.

Əvəllər məhkum olan kişi münaqişə zəminində əvvəlcə keçmiş arvadını bıçaqlayıb. Sonra isə özünə bıçaqla xəsarət yetirib.

N.Muradova hadisə yerində ölüb, Q.Kazımov xəstəxanaya yerləşdirilib.

Hələlik hadisənin hansı zəmində baş verdiyi bəlli deyil.
Faktla bağlı araşdırmalar aparılır.


Teqlər:



Xəbər lenti