Lamiyənin uşağının adı açıqlandı
Olayla bağlı Pentensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov Facebook sosial şəbəkəsində yazıb:
“20-dən artıq jurnalist mənə eyni sualla müraciət edib ki, məhkum Lamiyə Quliyeva uşağına hansı adı qoyub? Sualın olduqca aktual olduğunu nəzərə alaraq körpənin adını açıqlayıram. Lamiyə xanım övladına öz atasının adını verib – SAHİB”.
Lamiyə Quliyeva bir müddət əvvəl həbsxanada ana olub. 1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən təqsirləndirilən Lamiyə Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilirlər. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Sonradan Lamiyə Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddə ilə cinayət işi başlanıb və cəzası 5 il 6 ay artırılıb.
AzVision.az