XİN xarici QHT-ni `qara siyahı`ya salır
H.Hacıyev bildirib: "Bir milyondan artıq azərbaycanlının qanlı etnik təmizləməyə məruz qaldığı və hərbi təcavüz və terror nəticəsində Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında konsertin təşkil edilməsi sülhə deyil, işğal, təcavüz, qanlı etnik təmizləmə və bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasının təşviqinə xidmət edir".
Onun sözlərinə görə, “Music for peace” adlı təşkilat öz məsuliyyətini dərk edərək, bu kimi təxribatçı əməldən çəkinməlidir. Əks təqdirdə, işğal olunmuş ərazilərə qanunsuz səfər edəcək şəxslər Azərbaycan Respublikasında arzuedilməz şəxslər siyahısına daxil ediləcək.
Eyni zamanda bu təşkilatın YUNESCO-nun loqosundan hansı əsasla öz saytında istifadə etməsi məsələsi YUNESCO qarşısında qaldırılacaq.







Vaxtında, Aydın, Lazımlı!


