Terrorçulara ağır zərbə: 200 ölü

Terrorçulara ağır zərbə: 200 ölü
  04 Fevral 2015    Oxunub:1792
Nigeriyada Çad ordusu terrorçu “Boko Haram” qruplaşmasının 200-dən çox üzvünü məhv edib.
Bu barədə AzVision.az “Frans Press” agentliyinə istinadən xəbər verir.

Döyüşlər zamanı Çadın 9 hərbçisi həlak olub, 21 nəfər isə yaralanıb.

Qeyd edək ki, fevralın 3-ü Çad ordusu və zirehli texnikası terrorçularla mübarizə üçün Nigeriya ərazisinə daxil olub. Buna qədər isə Nigeriya rəhbərliyi ölkənin şimal-şərqində beş şəhər üzərində nəzarəti qaytarıb.

Yanvarın 17-i Çad ordusu “Boko Haram”la mübarizə çərçivəsində həmçinin Kamerun ərazisinə də daxil olub. Yanvarın 31-nə olan son məlumata görə, anti-terror əməliyyatları çərçivəsində Kmaerun ərazisində 123 terrorçu məhv edilib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti