Yanukoviç prezident adından məhrum edildi

Yanukoviç prezident adından məhrum edildi
  04 Fevral 2015    Oxunub:1563
Ali Rada Viktor Yanukoviçi Ukrayna prezidenti fəxri adından məhrum edib.
Bu qərarı 281 deputat dəstəkləyib. Qərarın qəbul olunması üçün minimum 226 səs tələb olunub.

Sənədin izahatında deyilir ki, eks-prezident "hakimiyyəti qəsb edib və Ukraynanın milli təhlükəsizlik və müdafiə əsaslarını sarsıdıb".

Qeyd edək ki, Yanukoviç 2010-cu ilin fevralın 25-də Ukraynanın prezidenti seçilmişdi. 2014-cü ilin fevralın 22-də Ukraynada dövlət çevrilişi zamanı postunu ataraq ölkədən qaçıb.

Eldar Tanrıverdiyev


Teqlər:  



Xəbər lenti