Prezident və xanımı Polad Bülbüloğlu ilə görüşüb
Dövlətimizin başçısı ümumilikdə Azərbaycanda tolerantlığa və multikulturalizmə xüsusi diqqət yetirildiyini və bu amillərin ölkənin uğurlu inkişafındakı rolunu vurğuladı.
Prezident İlham Əliyev bir daha təbriklərini çatdıraraq, Polad Bülbüloğluna Azərbaycan Respublikasının ən yüksək mükafatlarından biri olan “Şərəf” ordenini təqdim etdi.
Sonra SSRİ xalq artisti İosif Kobzon, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Rusiyanın əməkdar artisti Bari Alibasov, Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli, bəstəkar, SSRİ xalq artisti Yevgeni Doqa, SSRİ xalq artisti Lyudmila Rümina, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Tacikistanın xalq artisti Curabek Murodov, SSRİ Dövlət mükafatı laureatı Andrey Dementyev çıxış etdilər.
Prezident İlham Əliyev Azərbaycanda həmişə sənətə və sənət adamlarına hörmətlə yanaşıldığını bildirdi, bu cür görüşlərin gələcəkdə də davam etdiriləcəyinə və mədəniyyətlərarası əlaqələrin daha da inkişafına xidmət edəcəyinə əminliyini bildirdi.
Sonda xatirə şəkli çəkdirildi.