`Sevimli işimdən ayrılmayacağam` - Umayra Tağıyeva

`Sevimli işimdən ayrılmayacağam` - Umayra Tağıyeva
  04 Fevral 2015    Oxunub:2823
“Artıq bir neçə gündür ki, Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunda çalışıram”.
Bunu AzVision.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun keşmiş direktoru Umayra Tağıyeva deyib.

O, qeyd edib ki, İnstitutda elmi işini davam etdirmək fikrindədir: “Artıq bir neçə gündür ki, orada işə başlamışam. Coğrafiya üzrə fəlsəfə doktoruyam. 2009-cu ildən bəri Respublikanın əməkdar mühəndisiyəm. Mən öz sevimli işimdən çox da uzaqlaşmıram. Yenə də mən bu sahənin elmi tərəflərini araşdırmaqla məşğulam”.

U. Tağıyeva son günlər verilən yalnış hava proqnozlarına da münasibət bildirib: “Orada böyük bir qurum olan Proqnozlar Bürosu çalışır. Gözəl sinoptiklərimiz var. Hər şey əvvəlki kimi qaydasındadır”.

Qeyd edək ki, U.Tağıyevə öz xahişi ilə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru vəzifəsindən azad edilib. Bu vəzifə hazırda baş hidroloq Asif Verdiyevə həvalə edilib

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti