Lukaşenkodan Bülbüloğluna təbrik

Lukaşenkodan Bülbüloğluna təbrik
  04 Fevral 2015    Oxunub:1454
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti Polad Bülbüloğlunu anadan olmasının 70 illik yubileyi münasibətilə təbrik edib.

AzVision.az xəbər verir ki, Təbrikdə deyilir: “Sizin Azərbaycan musiqisinin və sovet mahnılarının ən yaxşı cizgilərini özündə birləşdirən bəstəkarlıq və ifaçılıq fəaliyyətiniz milyonlarla insan tərəfindən qəbul edilərək sevilir”.

Belarus Prezidenti həmçinin qeyd edib ki, Polad Bülbüloğlunu nüfuzlu siyasətçi kimi tanıyır və yüksək qiymətləndirir. Diplomatın məhsuldar işi xalqlarımızın yaxınlaşmasında, beynəlxalq mədəni dialoqun, qardaşlıq və qarşılıqlı yardım ideyalarının inkişafına kömək göstərir. (AzərTAc)


Teqlər:



Xəbər lenti