Azərbaycanın ilk balerinası ilə bağlı SƏRƏNCAM

Azərbaycanın ilk balerinası ilə bağlı SƏRƏNCAM
  04 Fevral 2015    Oxunub:2276
Prezident İlham Əliyev Qəmər Almaszadənin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

2015-ci ilin mart ayında Azərbaycan balet məktəbinin yaradıcılarından biri, Azərbaycanın ilk qadın balet ustası, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı Qəmər Hacıağa qızı Almaszadənin anadan olmasının 100 illiyi tamam olur.

AzVision.az xəbər verir ki, bununla bağlı prezidentin sərəncamında deyilir:

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi SSRİ xalq artisti Qəmər Almaszadənin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin və Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

AzVision.az




Teqlər:  





Xəbər lenti