Məhkəmə hakimi qəza törətdi - FOTO
Gəncə Apelyasiya Məhkəməsinin hakimi Azər Bayramov idarə etdiyi “Volkswagen Touareg” markalı avtomobillə hərəkətdə olarkən hələlik sürücüsünün kimliyi məlum olmayan “VAZ 2107” markalı avtomobillə toqquşub. Qəza nəticəsində VAZ-ın sərnişini 18 yaşlı Günel Bayramova Gəncə şəhər TTYX-nin Travmatologiya şöbəsinə yerləşdirilib.
Xəstəxananın həkimi Mehman Hüseynovun verdiyi məlumata görə, hazırda xəstənin vəziyyəti normaldır.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Teqlər: