Orucovlar ailəsi Ermənistandan qaçdı

Orucovlar ailəsi Ermənistandan qaçdı
  05 Fevral 2015    Oxunub:3740
Ermənistanda siyasi sığınacaq alan Orucovlar ailəsi bu ölkəni tərk edib.
AzVision.az-ın erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan Dövlət Miqrasiya Xidmətinin rəhbəri Qaqik Eqanyan bildirib.

Eqanyanın sözlərinə görə, Orucovlar dekabrın əvvəlində Ermənistan ailəsini tərk edib. Onların hansı ölkəyə getmək barədə məlumat verilmir.

Qeyd edək ki, ötən ilin yanvar ayının 29-da Azərbaycan vətəndaşı Cavid Orucov siyasi sığınacaq almaq məqsədilə Ermənistana müraciət edib. Sonradan məlum olub ki, Azərbaycan vətəndaşlığından imtina etmək və üçüncü ölkədə sığınacaq almaq üçün ailəsi ilə birgə Ermənistana gediblər.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti