Xankəndi sakinlərinin problemi - Deputat narahatdır
Bu prosesin əhəmiyyətindən danışan deputat təklifin müəllifi olsa da meydana çıxan bəzi problemləri də diqqətə çatdırıb:
“Amma bu işin həyata keçirilməsi çox çətindir. Çünki aradan uzun illər keçib. Xankəndidə qeydiyyatda olan insanlar dağınıq şəkildə müxtəlif bölgə və şəhərlərdə qeydiyyata salınıb. Bu iş ilk illərdə görülməli idi. Xankəndini tərk edən ən gənc azərbaycanlının 27 yaşı var”.
F.Qasımova bununla bağlı Prezident Administrasiyasına müraciət etdiyini və müvafiq görüşlərinin olduğunu da xatırladıb: “Xankəndi sakinləri artıq Xocalı, Şuşa, Ağdam, hətta Bakıda qeydiyyata salınıblar. Onların bakılı kimi övladları da dünyaya gəlib. Bilirsiniz, həmin insanlar yenidən Xankəndi şəhərində qeydiyyata durmayacaqlar. Yəni bu, inandırıcı deyil. Hətta Xankəndindən köçüb Xocalıda soyqırıma məruz qalan vətəndaşlarımız da var. Təkrar qeydiyyat zamanı onlar hüquqi imtiyazlardan məhrum ola bilərlər”.
Deputatın sözlərinə görə, əsas odur ki, bununla bağlı təkliflər səsləndirilib və mərkəzi icra qurumları da məsələdə xəbərdardırlar.
Ramil Məmmədli
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


