ELSA prezidentlərinin Bakı görüşü - VİDEO
AzVision.az xəbər verir ki, tədbirdə Avropanın 28 ölkəsindən 61 nəfər rəhbər nümayəndə olmaqla 150 gənc hüquqşünas iştirak edir.
ELSA beynəlxalq təşkilatı Avropanın 42 ölkəsində fəaliyyət göstərir və 210 universitetdən olan 40 000-dən artıq gənc hüquqşünası özündə birləşdirir. Təşkilatın məqsədi Avropada hüquqşünas tələbələr arasında təhsil-mübadilə imkanlarının genişlənməsi və onların cəmiyyətin inkişafına daha aktiv iştirakının təşviq edilməsidir.
Azərbaycan ELSA beynəlxalq təşkiltına 2010-cu ildə üzv olub və hazırda ELSA-Azərbaycan təşkilatının ən aktiv üzvlərindən biridir. ELSA-Azərbaycanın 300-ü aktiv olmaqla 1500-dən artıq üzvü var. ELSA Azərbaycan təşkilatın beynəlxalq şəbəkəsində ELSA Bakı, ELSA Naxçıvan və ELSA Qarabağ lokal qrupları ilə təmsil olunur. ELSA Azərbaycanın beynəlxalq fəaliyyətinin nəticəsi kimi Ermənistanın Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının müşahidəçi üzv qismində qəbul olunmasının qarşısı alınıb.
AzTV-nin ELSA-nın tədbirindən hazırladığı videoreportajı təqdim edirik: