Putindən nazirlərə: “İşə gəlməyin”

Putindən nazirlərə: “İşə gəlməyin”
  05 Fevral 2015    Oxunub:3201
Rusiya prezidenti Vladimir Putin Nazirlər Kabinetinin iclasında qrip olan nazirlərə işə gəlməməyi məsləhət edib.
AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, Putin qeyd edib ki, nazirlər qripə yoluxursa, o zaman işə gəlməsinlər.

İclas zamanı bəzi nazirlərin iştirak etmədiyini görən Putin “Hökumət qriplə mübarizə apara bilmir. İtkilərimiz var. Xəstə olanların işə gəlməməsini xahiş edirəm. Zarafat etmirəm”-deyə, qeyd edib.

Bildirək ki, rus mətbuatı isə iclasda baş nazir Dmitri Medvedyev, İgor Şuvalev və baş nazirin müavini Olqa Qolodetsin olmadığını işarə edib.

Sevinc İltifatqızı


Teqlər:  



Xəbər lenti