Elmira Süleymanova prezidentə hesabat verəcək

Elmira Süleymanova prezidentə hesabat verəcək
  05 Fevral 2015    Oxunub:2502
İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2014-cü il üzrə hesabatı mart ayında prezident İlham Əliyevə təqim olunacaq.
Ombudsman Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Milli Preventiv Qrupun (MQR) rəhbəri Vüqar Məhərrəmov AzVision.az-a bildirib ki, artıq Ombudsman Aparatının penitensiar müəssisələrdə apardığı monitorinqlərin və müşahidələrin yekunlarına dair hesabatı tam hazırdır. Lakin müvafiq mərhələlərdən sonra cəmiyyətə təqdim olunacaq:

“Qaydaya uyğun olaraq, İnsan Hüquqları üzrə müvəkkil əvvəlcə prezident İlham Əliyevə, Baş nazirə və Milli Məclisə illik məruzəni təqdim etməlidir. Bu məruzə mart ayında təqdim olunacaq”.

V. Məhərrəmov qeyd edib ki, növbəti mərhələdə isə Müvəkkilin işgəncələrə qarşı Milli Preventiv Qrupunun hesabatı olacaq. Yəni Ombudsman Aparatı illik iki formada hesabatla çıxış edir.

Qeyd edək ki, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovadır.

Ramil Məmmədli


Teqlər:



Xəbər lenti