Kerrinin kritik Ukrayna səfəri başladı
Dövlət katibinin təyyarəsi Kiyevdə “Borispol” hava limanına enib. Ukraynaya səfəri zamanı Kerri ölkə prezidenti Pyotr Poroşenko, baş nazir Arseniy Yatsenyuk və ukraynalı parlamentarilərlə görüşəcək.
“Səfər ABŞ-ın Ukraynaya verdiyi dəstəyin növbəti sübutu olacaq. Görüşlər zamanı müzakirə olunacaq əsas məsələlər Ukraynada islahatların aparılması və ölkənin şərqindəki gərginliyin azaldılması yollarının axtarılması olacaq”, - deyə Ukrayna XİN-in rəsmi nümayəndəsi Yevqeniy Perebiynis bildirib.
Eldar Tanrıverdiyev
Teqlər: