Mikayıl Cabbarovdan muğamla bağlı ƏMR

Mikayıl Cabbarovdan muğamla bağlı ƏMR
  05 Fevral 2015    Oxunub:3169
IV Respublika muğam müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmr imzalayıb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, Mikayıl Cabbarov istedadlı muğam ifaçılarının üzə çıxarılması və onların IV Beynəlxalq Muğam Festivalında iştirakının təmin edilməsi, məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq əmr imzalayıb.

Əmrə əsasən IV Respublika muğam müsabiqəsi 2015-ci ilin fevral ayında Bakı şəhərində keçiriləcək.

Qaliblərin seçilməsi Azərbaycan Milli Konservatoriyasına (S.Kərimi) və Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinə (N.Kazımov) həvalə edilib.

İqtisadiyyat şöbəsi (R.Orucov) təsdiq edilmiş xərclər smetasına uyğun olaraq 2015-ci ilin dövlət büdcəsinin xərclərinin “Təhsil” bölməsində nəzərdə tutulmuş vəsaitdən ( bölmə 4, köməkçi bölmə 7, paraqraf 4 “ Digər müəssisə və tədbirlər”, 282100 “Sair xərclər”) müvafiq məbləğdə vəsaitin Azərbaycan Milli Konservatoriyasına ayrılması təmin ediləcək.

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.




Teqlər:  



Xəbər lenti