Sabiq erməni nazir: “Qarabağ məsələsində çıxılmaz vəziyyətdəyik”
AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə çıxışı zamanı Ermənistan parlamentinin deputatı Vardan Oskanyan bildirib.
“Ermənistan rəhbərliyi ölkədə nəyisə dəyişməyə cəhd etmir. Çünki onlar öz maraqlarına zərbə endirmək istəmirlər. Ölkənin siyasi meydanı inhisara alınıb, bu da öz növbəsində KİV-in işinin təhrif olunması ilə nəticələnib”, - deyə Oskanyan bildirib.
Ölkənin xarici siyasətinə toxunan sabiq XİN rəhbəri bəyan edib ki, Qarabağ məsələsi heç vaxt indiki kimi çıxılmaz vəziyyətə düşməyib: “Biz Rusiyanın hörmətini və Qərbin etibarını itirmişik. Yeganə yol – hakimiyyətin dəyişilməsidir. Xalqın səbri tükənib”.
Eldar Tanrıverdiyev