Azərbaycan ordusunda mühüm yenilik

Azərbaycan ordusunda mühüm yenilik
  05 Fevral 2015    Oxunub:2371
Azərbaycan Silahlı Qüvvələrinin təlimlərində daha bir yeniliyin tətbiqinə başlanıb.
AzVision.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Təlimlərə cəlb olunan şəxsi heyətin psixoloji reablitasiyası məqsədilə təlim mərkəzində Psixoloji yardım və bərpa Məntəqələri yaradılıb. Məntəqələrdə psixoloqlar və həkim psixoterapevtlər fəaliyyət göstərir.

Döyüş təlimləri zamanı psixoloji travma almış şəxsi heyət məntəqələrə qəbul edilir, onlara yardım göstərildikdən sonra yenidən döyüşə qaytarılır.

Nazirlikdən bildirilib ki, bununla, ikinci dəfədir Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı təlimlərində Psixoloji yardım və bərpa Məntəqələri qurulur. Tətbiq olunan yeni xidmət müsbət nəticələrini göstərir.


Teqlər:  





Xəbər lenti