Ceyms Bond haqqında 24-cü dəfə çəkiləcək filmdə Bondun sevgilisi obrazını canlandıracaq Monika Beluççinin gənclik illərində çəkdirdiyi fotoları yayımlanıb.
AzVision.az xəbər verir ki, İngiltərənin “Daily mail” qəzeti italiyan aktrisanın indiyə qədər yayımlanmayan fotolarını dərc edib.
Qeyd edək ki, 50 yaşlı aktrisa Monika Beluççinin də çəkildiyi “007: Spektr” adlı bu film 2015-ci il dekabrın 8-də nümayiş olunacaq.
Bond obrazını son iki ildə olduğu kimi Deniel Kreyq canlandıracaq.