Tarix İnstitutu biabırçı səhvə görə işçiləri günahlandırdı

Tarix İnstitutu biabırçı səhvə görə işçiləri günahlandırdı
  05 Fevral 2015    Oxunub:2144
Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu saytinda gedən yanlış məlumata görə texniki işçiləri günahlandırıb.
İnstitutdan AzVision.az-a verilən məlumata görə, Tarix İnstitutu bəzi elektron KİV-lər tərəfindən onların saytına istinadla Ağdam və Ağdərə rayonlarının işğalı ilə bağlı verilən məlumatı qəbul etmir:

“İnformasiya agentliklərinin diqqətinə çatdırırıq ki, saytın müvafiq bölmələri üzərində iş gedir və bu barədə həmin səhifədə bölmə üzərində iş getdiyi qeyd olunub. Üzərində iş gedən dəqiqləşdirilmiş məlumat 20 sentyabr 2014-cü ildə saytın texniki xidmətçilərinə göndərilsə də, onun əvəzində texniki işçilər yanlış baneri İnstitutla razılaşdırmadan saytda yerləşdirmişlər”.

İnstitutdan qeyd edilib ki, Ağdərə rayonunun işğalı 7 iyul 1993-cü il tarixdə deyil, 15 fevral-10 mart 1993-cü il tarixlərdə baş verib. Bu barədə “Azərbaycan” qəzetinin 29 mart 1997-ci il tarixli sayında da məlumat verilib: “İctimaiyyətin nəzərinə çatdırırıq ki, bölmə üzərində iş getdiyinə görə Tarix İnstitutu göstərilən məlumatı rəsmi olaraq sayta qoymayıb”.


Teqlər:





Xəbər lenti