XİN-in mətbuat katibi BDU-da

XİN-in mətbuat katibi BDU-da
  05 Fevral 2015    Oxunub:2171
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin qonağı olub.
Universitetdən AzVision .az-a verilən məlumata görə, tələbələrlə ünsiyyətdə olmaqdan məmnunluğunu və bu baxımdan görüşə həvəslə qatıldığını bildirən Hikmət Hacıyev Azərbayan və Qərb jurnalistikasından, ənənəvi və yeni medianın üstünlükləri və fərqliliklərindən danışaraq, əsas ağırlığı diplomatiya və jurnalistikanın üzərinə yönəldib. Diplomatiya və jurnalistikadan söz açan mətbuat xidməti rəhbəri qeyd edib ki, bunların hər ikisinin əsas məqsədi informasiyadır. Bəzən isə sadəcə informasiyaya malik olmaq yetərli deyil, həmin informasiyanı təhlil etmək bacarığına malik analitiklər lazımdır. Jurnalistlərin daha sərbəst olmasına diqqət çəkən XİN sözçüsü bildirib ki, onlar aldığı informasiyanı emal edir, diplomat isə özündə saxlayır.

Diplomatların jurnalistlərdən öyrəndiyini deyən Hikmət Hacıyevin sözlərinə görə, diplomatik korpus işçilərinin işi informasiya almaq, məlumat toplamaqdır.
Hikmət Hacıyev rəhbərlik etdiyi qurumun fəaliyyət və iş prinsiplərindən, sosial şəbəkələrdəki fəaliyyətindən danışıb. Görüş müddətində telefon vasitəsi ilə yerli və xarici jurnalistlərin suallarını cavablandırması, peşəkar və diplomatik cavabları da diqqətdən yayınmayıb.

Tələbə-jurnalistlərin çoxsaylı suallarını cavablandıran Hikmət Hacıyev «Siz özünüzü auditoriyada, yoxsa mətbuat konfransında hiss etdiniz» sualını bəyənib.
Görüş tələbələr tərəfindən böyük maraqla qarşılanıb və yüksək əhval-ruhiyyə ilə başa çatıb.



Teqlər:



Xəbər lenti