Ölkəyə gətirilən maşınlara güzəşt ediləcək

Ölkəyə gətirilən maşınlara güzəşt ediləcək
  05 Fevral 2015    Oxunub:2883
Ölkəyə gətirilən elektromobillərə güzəşt ola bilər.
Ölkəyə elektromobillərin gətirilməsi zamanı gömrük rüsumlarının və əlavə dəyər vergisinin hesablanması ilə bağlı müəyyən güzəştlər tətbiq oluna bilər.

AzVision.az-ın ANS TV-yə istinadən məlumatına görə, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev hazırda elektromobillrin gətirilməsi ilə bağlı məsələnin müzakirə olunduğunu bildirib. Ölkənin ticarət dövriyyəsində ektromobillrin yeni bir nəqliyyat növü olduğunu və ekologiyanın yaxşılaşdırılmasına xidmət etdiyini qeyd edən komitə sədri gömrük rüsumunun müəyyən olunması zamanı güzəştlərin ola biləcəyini istisna etməyib.

O bu güzəştlərin hökümət tərəfindən müəyyən olunduğunu deyir. Çünki bu mövcud qanunvericilik çərçivəsində tənzimlənəcək. Aydın Əliyev qeyd edir ki, zərurət olsa, başqa sahələrdən büdcə proqnozu istifadə edilə bilinsə güzəştlərin tərəfdaşı olacaqlar.


Teqlər:  



Xəbər lenti