Uorlikdən Qarabağla bağlı yeni vəd
Onun sözlərinə görə, Minsk qrupu Qarabağ nizamlanmasında pis-yaxşı bütün tərəfləri qane edən yeganə formatdır. Uorlikə görə, üç həmsədr (ABŞ, Fransa və Rusiya) formatında fəaliyyəti Rusiya-ABŞ münasibətlərindəki gərginliyə baxmayaraq, davam edəcək.
“Biz rusiyalı həmkarlarımızla üz-üzə görüşür, konfliktin həlli ilə bağlı işləri həyata keçiririk. Minsk qrupu ABŞ-Rusiya əməkdaşlığının aspekti olaraq qalır. Ümid edirəm ki, gələcəkdə də belə olacaq. Biz şübhəsiz ki, on illiklərdir davam edən konfliktin həllinə çalışırıq” - əlavə edib amerikalı diplomat.
Teqlər: