Azad Rəhimov açılış etdi

Azad Rəhimov açılış etdi
  06 Fevral 2015    Oxunub:1591
Fevralın 5-də “Bakı-2015” Avropa Oyunlarının Uniforma və Akkreditasiya Mərkəzinin açılışı olub.
Mərasimdə gənclər və idman naziri Azad Rəhimov, “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq, həmçinin Bakıda səfərdə olan Avropa Olimpiya Komitəsinin üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən gənclər və idman naziri, Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov “Bakı-2015”-ə hazırlıq işlərinin yüksək səviyyədə getdiyini bildirib.

Avropa Olimpiya Komitəsi (AOK) Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos deyib ki, Avropa Oyunlarının keçiriləcəyi idman obyektləri dünya səviyyəsində yaradılıb: “Bunları görmək, Uniforma və Akkreditasiyası Mərkəzinin açılışında iştirak etmək bizim üçün çox xoşdur”.

Sonda Avropa Olimpiya Komitəsinin üzvləri və digər rəsmi qonaqlar yeni Uniforma və Akkreditasiya Mərkəzi ilə tanış olublar.


Teqlər:  



Xəbər lenti