UEFA `Qarabağ`ın şikayətinə `yox` dedi

UEFA `Qarabağ`ın şikayətinə `yox` dedi
  06 Fevral 2015    Oxunub:1854
Bu gün UEFA Nəzarət və Nizam-İntizam Komitəsinin iclası keçirilib.
AzVision.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, iclasda Avropa Liqasının qrup mərhələsinin son turunda keçirilən "Qarabağ" - "İnter" görüşündə (0:0) Ağdam təmsilçisinin təmiz qolunun baş hakim Miroslav Zelinka tərəfindən qeydə alınmaması məsələsinə də baxılıb.


"Qarabağ"ın meneceri Asif Əsgərov Qol.Az-a bildirib ki, oyunun yenidən keçirilməsi və ya qolun qeydə alınması ilə bağlı etirazı rədd edilib.

"Qarabağ" klubuna göndərilən rəsmi faksda hakimliklə bağlı məsələyə toxunulmayıb.

A.Əsgərov qeyd edib ki,hakimliklə bağlı məsələyə toxunulmaması normaldır: "Adətən bu kimi durumlarda kluba rəsmi məlumat verilmir. Sonra UEFA özü hakimliklə bağlı qərarı açıqlaya və ya açıqlamaya bilər".


Xatırladaq ki, “Qarabağ” – “İnter” matçının əsas vaxtına əlavə olunmuş dəqiqələrdə Riçard Almeyda rəqib qapısına yol tapsa da, matçın baş hakimi Miroslav Zelinka bu qolu ofsayd kimi qiymətləndirərək qeydə almayıb. Nəticədə Ağdam təmsilçisinin də yer aldığı qrupdan növbəti mərhələyə qrup ikincisi kimi Ukrayna “Dnepr”i adlayıb. "İnter" isə birinci yeri tutub.


Teqlər:  





Xəbər lenti