Duman, çiskin olacaq
Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Gündüz mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-5, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 60-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında fevralın 06-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Cənub küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-5, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


