Qərib Məmmədov 18 il sonra işsiz qaldı...

Qərib Məmmədov 18 il sonra işsiz qaldı...
  06 Fevral 2015    Oxunub:3950
Prezident İlham Əliyevin ötən gün imzaladığı fərman əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilib. Komitənin səlahiyyətlərinin bir hissəsi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə, bir hissəsi isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilib.
Dövlət Komitəsinin ləğv edilməsi ilə sədr Qərib Məmmədov başda olmaqla yüzlərlə nəfər işsiz qalıb.

Yenicə ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən AzVision.az-a verilən məlumata görə, hazırda bütün kollektiv iş başındadır.

Bildirilib ki, sədr Qərib Məmmədov və işçilər prosedura uyğun olaraq yəni, Əmək Məcəlləsinin tələblərində göstərilən kimi işdən ayrılacaqlar.

Qeyd edək ki, Q.Məmmədov 1997-ci il iyunun 25-də Dövlət Torpaq Komitəsinin, 18 aprel 2001-ci il tarixində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, 23 oktyabr 2004-cü il tarixində isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə yenidən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri təyin olunub.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti