Elçin Quliyev İranla danışıqlara gedir

Elçin Quliyev İranla danışıqlara gedir
  06 Fevral 2015    Oxunub:1688
Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev İrana səfər edəcək.
İranın diplomatik mənbələrindən AzVision.az-a verilən məlumata görə, səfər İran Sərhəd Xidmətinin rəhbəri Qasim Rzayinin dəvəti ilə fevralın son ongünlüyündə baş tutacaq.

Səfər zamanı E. Quliyev iranlı həmkarı ilə yanaşı, bu ölkənin digər dövlət və hökumət nümayəndələri ilə də görüşəcək.

Görüşlərdə sərhəddə təhlükəsizliyin gücləndirilməsi, insan və narkotik qaçaqmalçılığı kimi problemlərlə mübarizənin artırılmasına yönəlik məsələlər müzakirə olunacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti